...

Rio-2016: Cəbrayıl Həsənov bürünc medal qazandı (YENİLƏNİB-3)

İdman Materials 20 Avqust 2016 01:19 (UTC +04:00)
Cəbrayıl Həsənov bürünc medal qazandı
Rio-2016: Cəbrayıl Həsənov bürünc medal qazandı (YENİLƏNİB-3)

Digər qarşılaşmanın nəticəsi əlavə olunub (ilk xəbər saat 17:35-də yayılıb)

Bakı. Trend:

Bürünc medal uğrunda keçirilən görüşdə Cəbrayıl Həsənov özbəkistanlı Bekzod Abduraxmanova qalib gələrək Rio-2016-nı mükafatçılar sırasında bitirib.

Х Х Х 

19:40

Finala gedən yolda Cəbrayıl Həsənov rusiyalı güləşçi Aniuar Geduyevlə qarşılaşıb.

Təmsilçimiz ilk hissədə üstün olsa da, ikinci hissədə təşəbbüsü əldən verib - 4:5.

Beləliklə, C.Həsənov bürünc medal uğrunda mübarizə aparacaq.

X X X

18:41

1/4 final mərhələsində gürcü Jakob Makaraşvili ilə güləşən Cəbrayıl Həsənov bu dəfə də inamlı təsir bağışlayıb.

Vaxtından əvvəl qələbə qazanan (11-0) idmançımız yarımfinala yüksəlib.

1/2-də C.Həsənov rusiyalı güləşçi Aniuar Geduyevlə qarşılaşacaq.

17:52

Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları davam edir.

Trend-in məlumatına görə, yarışların 14-cü günündə Azərbaycan güləşçisi Cəbrayıl Həsənov mübarizəyə qoşulub.

74 kq çəki dərəcəsində yarışan sərbəst güləşçimiz 1/8 final mərhələsində Kolumbiya təmsilçisi Karlos Arturo Mendeslə qarşılaşıb.

İlk hissəyə fəal başlayan idmançımız vaxtından əvvəl qələbə qazanaraq 1/4 finala yüksəlib - 10:0.

C.Həsənov bu mərhələdə gürcü Jakob Makaraşvili ilə güləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti