...

Türkiyədə daha 3 futbolçu FETÖ-çülükdə ittiham edilir

İdman Materials 24 Avqust 2016 17:40 (UTC +04:00)
İstanbul Baş Prokurorluğu FETÖ terror təşkilatının futbol sahəsində fəaliyyəti ilə bağlı istintaqa başlayıb.
Türkiyədə daha 3 futbolçu FETÖ-çülükdə ittiham edilir

Bakı. Trend:

İstanbul Baş Prokurorluğu FETÖ terror təşkilatının futbol sahəsində fəaliyyəti ilə bağlı istintaqa başlayıb.

Trend-in "Haber 7"-yə istinadən verdiyi məlumata görə, Arif Ərdəm, Uğur Tütünəkər və İsmayıl Dəmirizin FETÖ ilə əlaqələrinin olması barədə bir çox məlumatları dəlil kimi qəbul edən prokuror bu sabiq futbolçuları Hakan Şükürün də şübhəli bilindiyi "Futbolda fəthullahçı təşkilatlanma" işinə daxil edib. 

FETÖ terror təşkilatına üzv olmaları iddiasına əsasən həmin futbolçuların saxlanılması barədə qərar qəbul olunub.

İ.Dəmiriz evində saxlanılsa da, digər 3 sabiq futbolçu xaricdə olduğu üçün evlərində araşdırma aparılıb.

Xatırladaq ki, hər 4 futbolçu müxtəlif vaxtlarda "Qalatasaray" futbol klubunun formasını geyiniblər.

Qeyd edək ki, məşhur futbolçu H.Şükür də həmin terror təşkilatına üzv olmaqda təqsirləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti