...

"Qarabağ" Avropa Liqasında

İdman Materials 25 Avqust 2016 22:19 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.
"Qarabağ" Avropa Liqasında

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.

Trend-in məlumatına görə, “Qarabağ” Bakıda İsveçin “Qöteborq” klubunu qəbul edəcək.

Oyuna Ağdam təmsilçiləri fəal başlayıblar. 19-cu dəqiqədə künc zərbəsindən daxil edilən topu Rəşad Sadiqov rəqib qapısından keçirib.

25-ci dəqiqədə isə Muarem Muarem hesab arasındakı fərqi artırıb.

"Qarabağ" ikinci hissəyə də qolla başlayıb - 51-ci dəqiqədə Kintana fərqlənib - 3:0.

Beləliklə, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, Ağdam təmsilçisi səfərdə keçirdiyi ilk oyunda minimal hesabla məğlub olmuşdu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti