...

Mahir Məmmədov: Arena 42-ci Ümumdünya Şahmat Olimpiadasına tam hazırdır (FOTO)

İdman Materials 26 Avqust 2016 11:37 (UTC +04:00)
Gənclər və İdman naziri Azad Rəhimov 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi Bakı Kristal Zalında olub.
Mahir Məmmədov: Arena 42-ci Ümumdünya Şahmat Olimpiadasına tam hazırdır (FOTO)

Bakı. Trend:

Gənclər və İdman naziri Azad Rəhimov 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi Bakı Kristal Zalında olub.

Bakı Şahmat Olimpiadasının Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, A.Rəhimova hazırlıq işləri barədə məlumat verilib.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov arenanın mötəbər yarışa tam hazır olduğunu bildirib.

Görüş zamanı oyun zalı, mətbuat mərkəzi, konfrans və sərgi otaqlarına baxış keçirildikdən sonra olimpiadanın açılış mərasimi müzakirə edilib. İştirakçı komandalar Bakıya eyni vaxtda gələcəyindən onların hava limanında qarşılanması müzakirə olunub.

Qeyd edək ki, Bakı Şahmat Olimpiadasında 182 kişi, 142 qadın komandası mübarizə aparacaq. Mötəbər yarışın təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti