...

Rövnəq Abdullayev: "...emosiyasız yanaşmaq çox çətindir"

İdman Materials 26 Avqust 2016 13:14 (UTC +04:00)
Əminəm ki, ölkəmizin bütün futbol ictimaiyyəti, hər bir azarkeş, futbolsevər sevincimizə şərikdir.
Rövnəq Abdullayev: "...emosiyasız yanaşmaq çox çətindir"

Bakı. Trend:

AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ” və “Qəbələ” klublarını UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlmələri ilə bağlı təbrik edib.

Trend AFFA-ya istinadən məlumat verir ki, R.Abdullayev təbrikində bildirib: "Dünən axşam Avropanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da çox böyük futbol həyəcanı yaşanırdı. UEFA Avropa Liqasının play-off oyunlarını başqa cür izləmək, nəticələrə emosiyasız, sakit yanaşmaq çox çətindir. Sevinirəm ki, bizim həyəcanımızı, narahatlığmızı bu turnirdə çıxış edən hər iki klubumuz – “Qarabağ” və “Qəbələ” qrup mərhələsinə vəsiqə qazanmaqla unutdura bildi.

Əminəm ki, ölkəmizin bütün futbol ictimaiyyəti, hər bir azarkeş, futbolsevər sevincimizə şərikdir. “Qarabağ” artıq üçüncü, “Qəbələ” isə ikinci dəfə qitənin mötəbər klub turnirinin qrup mərhələsinə vəsiqə qazanmaqla əvvəlki uğurların təsadüfi olmadığını, futbolun inkişafı yolunda düzgün istiqamət götürüldüyünü sübuta yetirdi. Hər iki klubumuza qrup mərhələsində uğurlar, azarkeşlərinə qələbə sevinci bəxş etmələrini arzulayıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti