...

Millimiz A divizionuna vəsiqə qazanıb

İdman Materials 28 Avqust 2016 20:58 (UTC +04:00)
İtaliyanın Katanya şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Liqası turnirinin Super Final mərhələsində Azərbaycan milli komandası bu gün son oyununu keçirib
Millimiz A divizionuna vəsiqə qazanıb

Bakı. Trend:

İtaliyanın Katanya şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Liqası turnirinin Super Final mərhələsində Azərbaycan milli komandası bu gün son oyununu keçirib.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, Super Final mərhələsinin final qarşılaşmasında millimizin rəqibi Macarıstan yığması olub. Oyun 5:5 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən futbolçularımız 4:3 (ümumi hesabda 9:8) hesabı ilə qalib gəlib.

Bununla da, millimiz Avropa Liqasının B divizionundan A divizionuna vəsiqə qazanıb.

Xatırladaq ki, Avropa Liqası turnirinin Super Final mərhələsində millimiz Türkiyə yığmasını 5:3, İngiltərə komandasını 2:0, Çexiya futbolçularını isə 5:1 hesabı ilə məğlub etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti