...

Bədavi Hüseynov da sıradan çıxdı

İdman Materials 29 Avqust 2016 10:46 (UTC +04:00)
Bədavi Hüseynov toplanışda iştirakını dayandırıb.
Bədavi Hüseynov da sıradan çıxdı

Bakı. Trend:

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib.

Trend AFFA-ya istinadən məlumat verir ki, Bədavi Hüseynov ("Qarabağ") zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub.

Futbolçu DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.

Ruslan Abışov San Marino ilə oyunu buraxacaq

Ruslan Abışov San Marino ilə oyunu buraxacaq

Xatırladaq ki, daha öncə “İnter” komandasının üzvü Ruslan Abışov da eyni səbəbdən millinin toplanışını tərk etməli olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti