...

Azərbaycan Rusiya paralimpiyaçılarının Oyunlara buraxılmamasına görə verilən lisenziyaları qəbul etmir

İdman Materials 31 Avqust 2016 13:10 (UTC +04:00)
Gənclər və idman naziri Azad Rəhimov Rusiya yığmasının Rio de Janeyroda Paralimpiya oyunlarına buraxılmamasını düzgün hesab etmir.
Azərbaycan Rusiya paralimpiyaçılarının Oyunlara buraxılmamasına görə verilən lisenziyaları qəbul etmir

Bakı. Azad Həsənli – Trend:

Gənclər və idman naziri Azad Rəhimov Rusiya yığmasının Rio-de-Janeyroda keçiriləcək Paralimpiya Oyunlarına buraxılmamasını düzgün hesab etmir.

Trend-in məlumatına görə, nazir qeyd edib ki, onların lisenziyalarını məlum olmayan qaydalarla digər ölkələrin idmançıları arasında bölüşdürüblər.

O əlavə edib ki, Azərbaycan da bu səbəbdən əlavə 3 lisenziya alıb: “Lakin bu lisenziyaları qazanmadıq. Lisenziya qazanmamış idmançı Olimpiadada necə iştirak edə bilər?”

A.Rəhimov bu məsələ üzrə məhkəmənin qərarı olmadığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti