...

Azərbaycan – Norveç oyunu 1 manata

İdman Materials 15 Sentyabr 2016 12:02 (UTC +04:00)
Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Norveç oyununun biletləri satışa çıxarılıb.
Azərbaycan – Norveç oyunu 1 manata

Bakı. Trend:

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də, saat 21:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Norveç oyununun biletləri satışa çıxarılıb.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, biletləri "28 Mall" Ticarət Mərkəzində, "Bakcell" Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı), Bakı Olimpiya Stadionunun və "Bakcell Arena"nın kassalarında əldə etmək mümkündür.

Həmçinin biletlərin onlayn satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

Qarşılaşmanın biletlərinin qiyməti:

1-ci kateqoriya – 1 AZN
2-ci kateqoriya – 2 AZN
VİP – 10 AZN

Məqalədə:
Xəbər lenti

Xəbər lenti