...

Qəbələ qrup mərhələsinə məğlubiyyətlə başladı

İdman Materials 15 Sentyabr 2016 23:12 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları keçirilir
Qəbələ qrup mərhələsinə məğlubiyyətlə başladı

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları keçirilir.

Trend-in məlumatına görə, "Qəbələ" səfərdə Belçikanın "Anderlext" klubu ilə qarşılaşıb.

Matçın 14-cü dəqiqəsində rəqib komanda hesabı açıb - Lukaş Teodorçik fərqlənib. Lakin 6 dəqiqə sonra Dabo dəqiq zərbə ilə tarazlığı bərpa edib.

41-ci dəqiqədə R. Santos yenidən belçikalıları önə keçirib.

77-ci dəqiqədə "Anderlext" - in oyunçusu D. Kapel hesabı 3 - 1 edib.

Beləliklə, Qəbələ təmsilçisi "Anderlext" - lə oyunu xalsız başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti