...

Paralimpiyaçılarımız Vətənə döndülər (FOTO)

İdman Materials 23 Sentyabr 2016 09:12 (UTC +04:00)
Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında uğurla iştirak edən Azərbaycanın paralimpiyaçıları bu gün Vətənə qayıdıblar.
Paralimpiyaçılarımız Vətənə döndülər (FOTO)

Xəbər ötən gün saat 18:54-də yayımlanıb.

Bakı. Trend:

Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında uğurla iştirak edən Azərbaycanın paralimpiyaçıları bu gün Vətənə qayıdıblar.

Trend-in məlumatına görə, idmançılar Heydər Əliyev Beynəlxalq Hava Limanında böyük coşqu ilə qarşılanıblar.

Qeyd edək ki, Paralimpiya Oyunlarında 6 idman növündə təmsil olunan Azərbaycan 1 qızıl, 8 gümüş və 2 bürünc medal qazanıb:

1. Ramil Qasımov – -73kq (cüdo) – qızıl
2. Bayram Mustafayev– -66 kq (cüdo) – gümüş
3. Kamil Əliyev – uzunluğa tullanma (atletika) – gümüş
4. Yelena Çebanu – 100m qaçış (atletika) – gümüş
5. Yelena Çebanu – uzunluğa tullanma (atletika) – gümüş
6. Raman Saleh – 100 m arxasıüstə (üzgüçülük) – gümüş
7. Dmitri Saleh – 100 m brass üsulu (üzgüçülük) – gümüş
8. Dmitri Saleh – 50 m sərbəst (üzgüçülük) – gümüş
9. İradə Əliyeva – nizə atma (atletika) – gümüş
10. Səfərov Rövşən – -81 kq (cüdo) – bürünc
11. Yelena Çebanu – 200 m qaçış (atletika) – bürünc

Məqalədə:
Xəbər lenti

Xəbər lenti