...

İlqar Rəhimov: Paralimpiyaçılarımız ölkəmizin idman şərəfini Rioda yüksək səviyyədə göstərdi

İdman Materials 22 Sentyabr 2016 20:54 (UTC +04:00)
"Azərbaycan paralimpiyaçılarının çıxışını məhsuldar qiymətləndirirəm".
İlqar Rəhimov: Paralimpiyaçılarımız ölkəmizin idman şərəfini Rioda yüksək səviyyədə göstərdi

Bakı. Trend:

"Azərbaycan paralimpiyaçılarının çıxışını məhsuldar qiymətləndirirəm".

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib.

Onun sözlərinə görə, əldə olunan nəticələr gərgin mübarizə şəraitində qazanılıb: "Mübarizə çox gərgin idi. İştirakçı ölkələrin sayı kəskin surətdə artıb. İdmançıların sayı 4000-i keçib. Rioda iştirak edən idmançıların professional səviyyəsi Londona nisbətən çox yüksəlib. Buna gorə də mübarizənin gərginliyi nəticədə özünü göstərdi. Yenə də deyirəm ki, paralimpiyaçıların çıxışını yüksək qiymətləndirirəm. 22 idmançı ilə 11 medal yəni 50 faiz səmərəlilik kafisienti ilə qayıdırıq. Əsas odur ki, biz ölkəmizin idman şərəfini Rioda çox yüksək səviyyədə göstərdik. Bizim idmançıların 4 illik hazırlıq dövrü bir daha göstərir ki, hazırlıq düzgün seçilib".

İ.Rəhimov qeyd edib ki, medal qazananlardan 7-si ilk dəfə medal qazananlardır. Bu isə onu göstərir ki, həmin gənc idmançılar 4 ildən sonra Tokioda daha da professional səviyyədə çıxış edərək, uğurlarını artıracaqlar.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Rio-de-Janeyroda 1-i qızıl, 8-i gümüş, 2-si bürünc olmaqla, ümumilikdə 11 medal qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti