...

"İnter"də 3 yubiley

İdman Materials 26 Sentyabr 2016 19:41 (UTC +04:00)
Premyer Liqanın VI turunun AZAL-la oyunu Bakının “İnter” klubu üçün yubileylərlə zəngin olub.
"İnter"də 3 yubiley

Bakı. Trend:

Premyer Liqanın VI turunun AZAL-la oyunu Bakının “İnter” klubu üçün yubileylərlə zəngin olub.

Trend PFL-ə istinadən məlumat verir ki, səfərdə oynayan paytaxt təmsilçisi 3:1 hesabı ilə qalib gələrək, ölkə çempionatları tarixində 100-cü səfər qələbəsini qazanıb. “İnter” rəqib meydanlarında ən azı bu qədər matçda qalib gələn 3-cü komanda olub. Bunadək yalnız “Neftçi” və “Qarabağ” 100-ü arxada qoyub. Sonuncular 144, “ağ-qaralar” isə rekord sayda - 172 dəfə səfərdən 3 xalla dönüb.

“İnter” buna 233-cü səfər matçında nail olub. Bakılıların rəqib meydanlarında 59 heç-heçəsi və 74 məğlubiyyəti var.

Bu qarşılaşma matçda hesabı açan Nizami Hacıyev üçün də əlamətdar olub. “İnter”in yarımmüdafiəçisi Premyer Liqada 25-ci qolunu vurub. O, buna 229-cu matçında nail olub. Bu qollardan 20-ni “İnter”də qeyd edən orta sahə oyunçusu paytaxt klubunun heyətində də yubiley sevincini yaşayıb - Nizami komandasındakı 115-ci görüşdə 20-ci dəfə fərqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti