...

Mövsümün yeni rekordu

İdman Materials 27 Sentyabr 2016 18:18 (UTC +04:00)
Premyer Liqada mövsümün yeni rekordu qeydə alınıb.
Mövsümün yeni rekordu

Bakı. Trend:

Premyer Liqada mövsümün yeni rekordu qeydə alınıb.

Trend PFL-in saytına istinadən məlumat verir ki, bu, VI turun “Kəpəz” – “Qarabağ” matçında gerçəkləşib. 1:1 hesabı ilə nəticələnən qarşılaşma mövsümün arxada qalan hissəsində ən çox tamaşaçı toplayan matç olub. Gəncə şəhər stadionundakı görüşü 14 min 238 seyrçi izləyib. Bu matçadək mövsümün rekordu Gəncədə keçirilən digər matça təsadüf etmişdi.

IV turun “Kəpəz” – “Zirə” görüşü (2:0) 10 min azarkeş toplamışdı. Maraqlıdır ki, mövsümün ən çox tamaşaçı toplayan 3-cü oyunu da “Kəpəz”in doğma meydanda keçirdiyi qarşılaşmadır. II turun AZAL-la Gəncədəki matçında 5 min seyrçi qeydə alınmışdı.

Ümumiyyətlə, mövsümün arxada qalan 23 matçını 49 min 328 tamaşaçı izləyib. Bu, orta hesabla hər matça 2145 azarkeş deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti