...

"Neftçi" nəhayət ki, qələbə qazandı

İdman Materials 1 Oktyabr 2016 20:59 (UTC +04:00)
Bu gün Premyer Liqanın VII turunda iki qarşılaşma baş tutub
"Neftçi" nəhayət ki, qələbə qazandı

Bakı, Trend:

Bu gün Premyer Liqanın VII turunda iki qarşılaşma baş tutub.

Trend-in məlumatına görə, "Sumqayıt" doğma meydanda AZAL-ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.

"Kəpəz" isə "Neftçi"nin qonağı olub.

Oyuna bakılılar fəal başlayıblar. 14-cü dəqiqədə Cavid İmamverdiyevin ötürməsindən sonra Denilson Pereyra fərqlənib. 90+3-cü dəqiqədə isə Katalin Tira son nöqtəni qoyub - 2:0.

Qeyd edək ki, tura sabah "Qəbələ" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti