...

"Qarabağ" "Qəbələ"yə də uduzdu

İdman Materials 2 Oktyabr 2016 22:07 (UTC +04:00)
Bu gün Premyer Liqanın VII turunun son qarşılaşması baş tutub
"Qarabağ" "Qəbələ"yə də uduzdu

Bakı. Trend:

Bu gün Premyer Liqanın VII turunun son qarşılaşması baş tutub.

Trend-in məlumatına görə, "Qarabağ" "Qəbələ"nin qonağı olub.

"Qəbələ" oyunun əvvəlində üstünlüyü ələ alıb. 11-ci dəqiqədə Filip Ozobiç hesabı açıb. Cəmi 3 dəqiqə sonra Baqali Dabo oyunda ikinci və sonuncu qolu vurub - 2:0.

Beləliklə "Qəbələ" klubu ardıcıl 5 tur qələbə qazanaraq birinci pillədəki yerini möhkəmləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti