...

FİFA dünya çempionatının genişləndirilməsi ideyasını müsbət qarşılayıb

İdman Materials 13 Oktyabr 2016 23:45 (UTC +04:00)
Beynəlxalq futbol federasiyasının çurası (FİFA) dünya çempionatının final mərhələsində iştirak edən komandaların sayının artırılması ideyasını müsbət qarşılayıb
FİFA dünya çempionatının genişləndirilməsi ideyasını müsbət qarşılayıb

Bakı. Trend:

Beynəlxalq futbol federasiyasının şurası (FİFA) dünya çempionatının final mərhələsində iştirak edən komandaların sayının artırılması ideyasını müsbət qarşılayıb. Bunu jurnalistlərə FİFA-nın prezidenti Canni İnfantino deyib.

FİFA-nın cümə axşamı Sürixdə iclası keçirilib. Bundan əvvəl İnfantino 2026-cı il dünya çempionatının final mərhələsinin iştirakçı komandalarının sayını artırmağı təklif edib. Əvvəlcə 32-dən 40-a qədər, sonra isə 48-ə qədər artırılmağını təklif edib.

Gözlənilirki, bu məsələ ilə bağlı son qərar 2017-ci ilin yanvarında qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti