...

Ermənistanın baş məşqçisini qovdular

İdman Materials 14 Oktyabr 2016 11:44 (UTC +04:00)
Ermənistanın futbol yığmasının baş məşqçisi Varujan Sukiasyan istefaya göndərilib.
Ermənistanın baş məşqçisini qovdular

Bakı. Trend:

Ermənistanın futbol yığmasının baş məşqçisi Varujan Sukiasyan istefaya göndərilib.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb komandanın DÇ-2018-in seçmə mərhələsində uğursuz çıxışı olub.

Qeyd edək ki, Ermənistan DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirdiyi 3 oyunun hamısında məğlub olub.

Xatırladaq ki, Azərbaycan millisi 3 oyundan 7 xalla öz qrupunda ikinci sıradadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti