...

Millimiz İngiltərə ilə qarşılaşa bilər

İdman Materials 21 Oktyabr 2016 17:39 (UTC +04:00)
Millimizin rəqibləri müəyyənləşib.
Millimiz İngiltərə ilə qarşılaşa bilər

Bakı. Trend:

2018-ci ildə Sloveniyada keçiriləcək futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə aparacağı yığmalar müəyyənləşib.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, İsveçrənin Nyon şəhərində bu gün keçirilmiş püşkatmanın nəticələrinə əsasən, millimiz Macarıstan, Bosniya və Herseqovina yığmaları və ilkin seçmə mərhələnin D qrupunun qalibi olacaq komanda ilə birgə 2-ci qrupda yer alıb.

İlkin seçmə mərhələnin D qrupunda İngiltərə, Bolqarıstan, Albaniya və Malta milliləri mübarizə aparacaq.

Qeyd edək ki, millimizin yer aldığı 2-ci qrupun oyunları 2017-ci il aprelin 3-dən 12-dək Bakıda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti