...

"Bayern Munich" futbol klubunun oyunçusu Avropanın ən yaxşı gənc oyunçusu seçilib

İdman Materials 24 Oktyabr 2016 08:30 (UTC +04:00)
"Bayern Munich" futbol klubunun yarımmüdafiəçisi, Portuqaliya yığmasının üzvü Renatu Sançeş Avropanın ən yaxşı gənc futbolçusuna təqdim olunan "Golden Boy" mükafatına layiq görülüb
"Bayern Munich" futbol klubunun oyunçusu Avropanın ən yaxşı gənc oyunçusu seçilib

Bakı. Trend:

"Bayern Munich" futbol klubunun yarımmüdafiəçisi, Portuqaliya yığmasının üzvü Renatu Sançeş Avropanın ən yaxşı gənc futbolçusuna təqdim olunan "Golden Boy" mükafatına layiq görülüb.

Trend-in "TASS"-a istinadən verdiyi məlumata görə, bu mükafat 2003-ci ildə "Tuttosport" qəzeti tərəfindən təsis edilib. Golden Boy mükafatı yaşı 21-dən yuxarı olmuyan və Avropa ölkələrinin elit divizionlarında çıxış edən ən yaxşı Avropa futbolçusuna təqdim olunur. Qalib səsvermə yolu ilə seçilir.

Renatu Sançeş Portuqaliya yığmasında Fransada keçirilən AVRO-2016-nın qalibi olub.

Qeyd edək ki, Renatu Sançeş Golden Boy mükafatına layiq görülən ilk portuqaliyalı futbolçudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti