...

Azarkeşi döyən futbolçu "Neftçi"dən getdi, 5 oyunçu əvəzedici heyətə göndərildi

İdman Materials 30 Oktyabr 2016 15:20 (UTC +04:00)
“Neftçi” PFK rumıniyalı futbolçu Katalin Tira ilə müqaviləyə xitam verib
Azarkeşi döyən futbolçu "Neftçi"dən getdi, 5 oyunçu əvəzedici heyətə göndərildi

Bakı. Trend:

“Neftçi” PFK rumıniyalı futbolçu Katalin Tira ilə müqaviləyə xitam verib.

Trend-in kluba istinadən verdiyi məlumata görə, bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.

Klubun icraçı direktoru Orxan Hüseynzadə bununla bağlı açıqlama verib: “Biz Katalin Tira ilə müqaviləyə qarşılıqlı razılıq əsasında təzminat ödəmədən xitam verdik. Sabah ona aylıq məvacib ödəniləcək və tərəflərin bir-birinə heç bir borcu qalmayacaq”.

AFFA-dan azarkeşi döyən "Neftçi" futbolçusu barədə qərar

AFFA-dan azarkeşi döyən "Neftçi" futbolçusu barədə qərar

Bundan başqa, “Neftçi” PFK-nın məşqçilər korpusu əsas komandanın 5 üzvünün əvəzedici heyətə göndərilməsi haqqında qərar qəbul edib. Bunlar qapıçı Krşevan Santini, müdafiəçilər Jayro Rodriges, Vançe Şıkov, Dario Melnyak və hücumçu Denilson Pereyradır.

Buna səbəb bu futbolçuların son oyunlarda uğursuz çıxış etməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti