...

"Qəbələ" - "Sent-Etyen" oyunu 2 manata

İdman Materials 31 Oktyabr 2016 13:38 (UTC +04:00)
"Qəbələ" - "Sent-Etyen" (Fransa) oyununun biletləri satışa çıxarılıb.
"Qəbələ" - "Sent-Etyen" oyunu 2 manata

Bakı. Trend:

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Sent-Etyen" (Fransa) oyununun biletləri satışa çıxarılıb.

Trend-in məlumatına görə, biletləri bu gün saat 15:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) və "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarından almaq olar.

Qiymətlər sektorlardan asılı olaraq, 2 və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, noyabrın 3-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Sent-Etyen" matçı saat 22:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti