...

Mövsümün 100-cü qolu

İdman Materials 31 Oktyabr 2016 16:32 (UTC +04:00)
Premyer Liqasında 2016/17 mövsümünün 100-cü qolu vurulub.
Mövsümün 100-cü qolu

Bakı. Trend:

Premyer Liqasında 2016/17 mövsümünün 100-cü qolu vurulub.

Trend-in PFL-in saytına istinadən verdiyi məlumata görə, bu top X turun son matçına təsadüf edib. “İnter” - “Sumqayıt” qarşılaşmasında (3:1) qeydə alınan son top yubiley xarakteri daşıyıb. Əvvəlki 9 turda 88 qol vurulmuşdusa, X turun 12 qolu ilə bu rəqəm 100-ə çatıb. 100-cü qolun müəllifi isə 80-ci dəqiqədə fərqlənən Nizami Hacıyev olub.

Bu 100 qol 40 matçda qeydə alınıb ki, orta məhsuldarlıq 2,50-yə bərabərdir. Qollardan 58-ni meydan sahibləri, 42-ni qonaqlar vurub. I hissədə 40, fasilədən sonra 60 qol qeydə alınıb.

“Qəbələ” hamıdan çox – 26, AZAL ən az – 4 top vurub. “Qəbələ” hamıdan az – 4, “Neftçi” ən çox – 24 qol buraxıb. 19 qolun vurulduğu IV tur ən yüksək, cəmi 3 qolun qeydə alındığı II tur isə ən aşağı məhsuldarlığa malik olub.

Xatırladaq ki, mövsümün ilk qolunu avqustun 6-da AZAL ilə səfər oyununda “Neftçi”nin futbolçusu Elvin Bədəlov vurmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti