...

"Qəbələ" yenə uduzdu (VİDEO)

İdman Materials 3 Noyabr 2016 23:55 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin IV turunun oyunları keçirilir
"Qəbələ" yenə uduzdu (VİDEO)

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin IV turunun oyunları keçirilir.

Trend-in məlumatına görə, "Qəbələ" Bakıda Fransanın "Sent-Etyen" klubunu qəbul edib.

39-cu dəqiqədə Ruslan Qurbanov yerli azarkeşləri sevindirsə də,

ilk hissənin son dəqiqələrində rəqib hesabı bərabərləşdirib.

53-cü dəqiqədə isə qonaqlar önə keçiblər - Beriç fərqlənib. Bu, oyunda sonuncu qol olub - 1:2.

Beləliklə, C qrupunda "Anderlext" və "Sent-Etyen" 8 xalla ilk iki sıranı bölüşürlər. "Mayns" 5 xalla 3-cü, xalsız "Qəbələ" isə sonuncudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti