...

Rəşad Sadıqov Avropada həftənin komandasına düşdü

İdman Materials 4 Noyabr 2016 15:03 (UTC +04:00)
Azərbaycanın "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov Avropa Liqasında həftənin komandasına düşüb.
Rəşad Sadıqov Avropada həftənin komandasına düşdü

Bakı. Trend:

Azərbaycanın "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov Avropa Liqasında həftənin komandasına düşüb.

Bu barədə Trend UEFA-ya istinadən məlumat verir.

Rəmzi yığmaya aşağıdakı futbolçular daxildir:

Qapıçı - Ralf Ferman ("Şalke", Almaniya);

Müdafiəçilər - Vircil van Deyk ("Sauthempton", İngiltərə), Rəşad Sadıqov ("Qarabağ", Azərbaycan), Numan Çürüksu ("Osmanlıspor", Türkiyə);

Yarımmüdafiəçilər - Hvan Çi Çhаn ("Red Bull", Avstriya), Juliano ("Zenit", Rusiya), Nikoloz Stançu ("Anderlext", Belçika), Tayson ("Şaxtyor", Ukrayna);

Hücumçular - Edin Dzeko ("Roma", İtaliya), Arits Aduris ("Ateltik", İspaniya), Mussa Sou ("Fənərbağça", Türkiyə)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti