...

Şimali İrlandiya - Azərbaycan oyununun hakimləri məlumdur

İdman Materials 8 Noyabr 2016 11:51 (UTC +04:00)
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununun hakimləri məlum olub.
Şimali İrlandiya - Azərbaycan oyununun hakimləri məlumdur

Bakı. Trend:

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununun hakimləri məlum olub.

Trend-in məlumatına görə, oyunu fransalı hakimlər briqadası idarə edəcək. Baş hakim Kleman Torpen, köməkçiləri Nikola Danos və Kril Qrinor olacaq. Dördüncü hakim funksiyasını isə Frenk Şneyder yerinə yetirəcək.

Xatırladaq ki, noyabrın 11-də "Vindzor Park"da keçiriləcək Şimali İrlandiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti