...

Azad Rəhimov: Proqnoz vermək düzgün olmazdı

İdman Materials 8 Noyabr 2016 16:43 (UTC +04:00)
"İdmançılarımızın Birinci Avropa Oyunlarında göstərdikləri nəticələrin Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında da təkrarlanmasını çox istərdik".
Azad Rəhimov: Proqnoz vermək düzgün olmazdı

Bakı. Elçin Mehdiyev - Trend:

İdmançılarımızın Birinci Avropa Oyunlarında göstərdikləri nəticələrin Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında da təkrarlanmasını çox istərdik. Trend-in məlumatına görə, bunu Gənclər və idman naziri Azad Rəhimov bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə Koordinasiya Komissiyasının 4-cü iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, bütün idman növləri üzrə hazırlıqlar lazımi qaydada gedir: “Ancaq proqnoz vermək düzgün olmazdı. Biz Avropa Oyunlarında da gözləmirdik ki, idmançılarımız medal saylarına görə ikinci yerə çıxacaq, amma buna nail olduq. Ən azı istəyərdik ki, bu qələbə İslam Həmrəyliyi Oyunlarında da təkrarlansın”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti