...

AFFA Roman Qriqorçuku cəzalandırdı

İdman Materials 8 Noyabr 2016 17:48 (UTC +04:00)
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AFFA Roman Qriqorçuku cəzalandırdı

Bakı. Trend:

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Premyer Liqanın XI turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Belə ki, “Kəpəz” – “Sumqayıt” matçının 62-ci dəqiqəsində “Kəpəz” klubunun 5 №-li futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Neftçi” – “İnter” matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

AZAL – “Qəbələ” matçında isə AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 14-cü dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

İntizam Komitəsi matçın videoyazısına baxdıqdan sonra qərarı qəbul edib: Oyunun 11-ci dəqiqəsində AZAL klubunun 14 №-li futbolçusu İlqar Ələkbərov rəqib oyunçuya qarşı kobud oyuna görə 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti