...

Azərbaycan - Almaniya oyunu Respublika stadionunda

İdman Materials 14 Noyabr 2016 12:48 (UTC +04:00)
Azərbaycan – Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Azərbaycan - Almaniya oyunu Respublika stadionunda

Bakı. Trend:

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 2017-ci il martın 26-da Bakıda keçiriləcək Azərbaycan – Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Trend AFFA-ya istinadən məlumat verir ki, daha əvvəl bu oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulsa da, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Olimpiya Stadionunda müvafiq təşkilati işlərin həyata keçiriləcəyi nəzərə alınaraq, Azərbaycan – Almaniya qarşılaşmasının Tofiq Bəhramov adına Respublika stadionunda təşkili qərara alınıb.

Bununla bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət ünvanlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti