...

AFFA baş katibinin UEFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb

İdman Materials 14 Noyabr 2016 15:10 (UTC +04:00)
AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.
AFFA baş katibinin UEFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb

Bakı. Trend:

AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.

Trend-in qurumun saytına istinadən verdiyi məlumata görə, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, Komitənin digər üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov iştirak ediblər.

Aparılmış müzakirələrən sonra aşağıdakı qərarlar qəbul edilib:

- Nəticəsinin şübhəli olması ehtimal edilən oyunlarla bağlı AFFA tərəfindən aparılan araşdırmanın nəticəsi barədə İcraiyyə Komitəsinə məlumat təqdim olunsun;
- AFFA-nın növbəti konfransı 2017-ci il mart ayının birinci yarısında keçirilsin. Konfransın dəqiq tarixinin müəyyənləşdirilməsi baş katibliyə həvalə olunsun;
- AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülsün.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti