...

"Bayern Munich"dən ilk məğlubiyyət (VİDEO)

İdman Materials 20 Noyabr 2016 00:44 (UTC +04:00)
Almaniya Bundesliqasında XI tura start verilib
"Bayern Munich"dən ilk məğlubiyyət (VİDEO)

Bakı. Trend:

Almaniya Bundesliqasında XI tura start verilib.

Trend-in məlumatına görə, turun mərkəzi görüşündə "Borussia Dortmund" doğma meydanda "Bayern Munich"-i qəbul edib.

Oyuna meydan sahibləri fəal başlayıblar. İlk hissənin 11-ci dəqiqəsində meydan sahiblərinin oyunçusu Pyer-Emerik Obomeyanq hesabı açıb. İlk hissə 1:0 hesabı ilə başa çatıb.

"Bayern Munich"-in oyunçuları ikinci hissədə bir neçə dəfə təhlükəli hücumlar etsədə "Borussia Dortmund"-un qapısına yol tapa bilməyiblər.

Beləliklə, oyun 1:0 hesabı ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti