...

Əliyar Ağayev "Şalke"nin oyununu idarə edəcək

İdman Materials 21 Noyabr 2016 12:29 (UTC +04:00)
Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa növbəti təyinat alıb.
Əliyar Ağayev "Şalke"nin oyununu idarə edəcək

Bakı. Trend:

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa növbəti təyinat alıb.

Trend-in PFL-in saytına istinadən verdiyi məlumata görə, gənc FİFA referimiz Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Şalke” (Almaniya) – “Nitsa” (Fransa) oyununu idarə edəcək.

Ə.Ağayevə yan xətt hakimləri kimi Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Görüşdə 4-cü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Orxan Məmmədov və Rəhim Həsənov isə əlavə köməkçi hakimlər qismində təmsil olunacaqlar.

Qeyd edək ki, Ə.Ağayevin idarə edəcəyi oyun 24 noyabrda “Şalke”nin stadionunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti