...

“Qarabağ”ın ardıcıl 10-cu quru oyunu

İdman Materials 21 Noyabr 2016 16:39 (UTC +04:00)
“Qarabağ” Premyer Liqanın cari mövsümündə keçirdiyi 5-ci ev oyununda da quru hesablı qələbə qazanıb.
“Qarabağ”ın ardıcıl 10-cu quru oyunu

Bakı. Trend:

“Qarabağ” Premyer Liqanın cari mövsümündə keçirdiyi 5-ci ev oyununda da quru hesablı qələbə qazanıb.

Trend-in PFL-in saytına istinadən verdiyi məlumata görə, XII turda “Kəpəz”i 1:0 hesabı ilə məğlub edən Ağdam klubu öz meydanındakı üç seriyasını davam etdirib.

10 oyundur öz meydanında qol buraxmayan Qurban Qurbanovun yetirmələri martın 30-da keçirilən “Rəvan”la matçdan (5:1) sonra qonaqlara qol sevinci yaşatmır. Bu, klubun tarixində ən uğurlu seriyadır.

Ardıcıl 14-cü ev qələbəsini qazanan “Qarabağ”ın öz meydanındakı son xal itkisi 2015-ci il dekabrın 19-na təsadüf edib. Ağdam təmsilçisi həmin gün əyalət klubu “Qəbələ” ilə heç-heçə etmişdi – 1:1.

2015-ci fevralın 28-də “Qəbələ”yə 0:1 hesabı ilə uduzan ağdamlılar 28 oyundur evdə məğlubiyyət acısı yaşamır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti