...

Bəhram Bağırzadə "Neftçi"dən getdi

İdman Materials 21 Noyabr 2016 17:02 (UTC +04:00)
Bəhram Bağırzadə "Neftçi" futbol klubunun Müşahidə Şurasının üzvlüyündən istefa verib.
Bəhram Bağırzadə "Neftçi"dən getdi

Bəhram Bağırzadə "Neftçi" peşəkar futbol klubunun Müşahidə Şurasının üzvlüyündən istefa verib.

Trend-in məlumatına görə, bu barədə o, "Feysbuk" sosial şəbəkəsində yazıb.

B.Bağırzadə qeyd edib: "...Öz adımdan bütün azarkeşlərdən “Netçi”nin oyunlarına görə aldıqları böyük məyusluq hisslərinə görə səmimi qəlbdən üzr istəyirəm...

Hörmətli azarkeşlər, bu vəziyyətlə əlaqədar, mən istefa verirəm və ”Netçi”nin Müşahidə Şurasından gedirəm. Bu qərarı böyük ürək ağrısı ilə verdim, lakin hələ də ümid edirəm ki, mənim sevimli komandam nə vaxtsa layiqli yer tutacaq və bizim Vətənə çoxlu mükafat gətirəcək!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti