...

"Qarabağ" bu gün tarix yaza bilər

İdman Materials 24 Noyabr 2016 10:17 (UTC +04:00)
Təmsilçilərimiz növbəti oyununu keçirəcək
"Qarabağ" bu gün tarix yaza bilər

Bakı. Trend:

UEFA Avropa Liqası turnirinin qrup mərhələsində mübarizə aparan “Qəbələ” və “Qarabağ” bu gün növbəti oyununu keçirəcək.

Trend-in məlumatına görə, hazırda J qrupunda 7 xalla ikinci olan "Qarabağ" səfərdə "Sloven"lə qarşılaşacaq. Ağdam təmsilçisi qələbə qazanacağı təqdirdə, növbəti mərhələyə vəsiqəni təmin edəcək.

Təəssüf ki, digər təmsilçimiz "Qəbələ"nin şansları qalmayıb.

“Qəbələ” – “Anderlext” (Belçika)
Bakcell Arena. Saat 20.00
Baş hakim: Yevgeni Aranovski
Baş hakimin köməkçiləri: Sergey Bekker, Oleksandr Voytyuk
Əlavə köməkçi hakimlər: Anatoli Abdula, Anatoli Zhabçenko
Dördüncü hakim: Semyon Şlonçak
(Hakimlər briqadası Ukraynadandır)

“Slovan Libereç” (Çexiya) – “Qarabağ”
Saloniki. Toumba stadionu. Saat 22.00
Baş hakim: Stefan Yohannesson
Baş hakimin köməkçiləri: Fredrik Nilsson, Mehmet Kulum
Əlavə köməkçi hakimlər: Andreas Ekberq, Kristoffer Karlsson
Dördüncü hakim: Maqnus Syöblom
(Hakimlər briqadası İsveçdəndir)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti