...

"Qəbələ" yenə uduzdu (VİDEO)

İdman Materials 24 Noyabr 2016 21:56 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində V turun oyunları keçirilir
"Qəbələ" yenə uduzdu (VİDEO)

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində V turun oyunları keçirilir.

Trend-in məlumatına görə, "Qəbələ" Bakıda "Anderlext"i qəbul edib.

10-cu dəqiqədə rəqib komanda hesabı açıb. Lakin 5 dəqiqə sonra Rikardinyo penalti zərbəsini dəqiq yerinə yetirməklə hesaba tarazlıq gətirib. 75-ci dəqiqədə isə Rikardinyo növbəti penaltidən yararlana bilməyib.

89-cu dəqiqədə "Qəbələ" azlıqda qalıb - Rəşad Eyyubov qırmızı (ikinci sarı) vərəqə alaraq meydanı tərk edib.

Son dəqiqədə isə belçikalılar iki qol vurublar - 1:3.

Beləliklə, xalsız "Qəbələ" C qrupunda 5 oyundan sonra sonuncu sıradadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti