...

Azad Rəhimov: Bu, idmançının həyatı ilə oynamaqdır (FOTO)

İdman Materials 29 Noyabr 2016 16:40 (UTC +04:00)
Macarıstanın Budapeşt şəhərində Avropa Şurasının İdmana məsul Nazirlərinin 14–cü Konfransı öz işinə başlayıb.
Azad Rəhimov: Bu, idmançının həyatı ilə oynamaqdır (FOTO)

Bakı. Trend:

Macarıstanın Budapeşt şəhərində Avropa Şurasının İdmana məsul Nazirlərinin 14–cü Konfransı öz işinə başlayıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, naziri Azad Rəhimovun da qatıldığı konfransda “dopinq sahəsində son vaxtlar media və müstəqil tədqiqatçılar tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olan nöqsanların aradan qaldırılması üçün dövlətlərin Ümumdünya Antidopinq Agentliyinə (WADA) dəstəyinin formaları, dopinqlə yenilənmiş mübarizə siyasətində idmançıların əsas hüquqlarının qorunması sahəsində dövlətlərin görməli olduğu işləri, “Avropa Şurası Antidopinq Konvensiyasının yenilənməsi”, “WADA ilə yanaşı yeni Müstəqil Test Qurumunun yaradılması” və s. kimi bir sıra mühüm məsələlərin müzakirəsi aparılır.

Səfəri çərçivəsində nazir A.Rəhimov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tomas Ayan, WADA prezidenti Graig Reedie ilə görüşlər keçirib və dopinq sahəsində mövcud vəziyyəti müzakirə edib. Nazir eyni zamanda Belarus, Rusiya, Macarıstan, Finlandiya və Ukraynalı həmkarları ilə görüşüb.

Konfrans zamanı nazir A.Rəhimov çıxışında dopinqlə mübarizə sahəsində ölkədə görülən işlər, imzalanan qanunlar, Polşanın Anti-Dopinq agentliyi ilə aparılan sıx əməkdaşlıq haqqında məlumat verib, eyni zamanda WADA –nın son iclasında Azərbaycan Anti-Dopinq Agentliyinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı verilən qərara öz mənfi reaksiyasını bildirib: “İdmançı illərlə Olimpiya oyunlarına hazırlaşır. O bu oyunlarda iştirak və qələbə üçün əlindən gələni edir. Qalibiyyətindən 3-4 il sonra isə onun dopinqdən istifadəsi ilə bağlı xəbər yayılır və medalının əlindən alınması bildirirlir. Bu idmançının həyatı ilə oynamaqdır. Dopinq istifadəsinə gəldikdə, burada tək idmançının günahl yoxdur. Əminəm ki, bu barədə hər birimiz düşünməliyik.”

“Avropa Şurasının futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma ilə bağlı Konvensiyası”nın imzalanması mərasimi də tədbir çərçivəsində nəzərdə tutulur. Azərbaycanın da həmin Konvensiyaya qoşulması üçün müvafiq işlər görülməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti