...

Bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyi davam edir (FOTO)

İdman Materials 2 Dekabr 2016 12:33 (UTC +04:00)
Bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə isə 2-ci Azərbaycan çempionatı və Bakı birinciliyi davam edir.
Bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyi davam edir (FOTO)

Bakı. Trend:

Bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə isə 2-ci Azərbaycan çempionatı və Bakı birinciliyi davam edir.

Trend-in məlumatına görə, Milli Gimnastika Arenasında təşkil edilən yarışların ikinci günündə bədii gimnastlarla yanaşı, aerobika gimnastikasının nümayəndələri də öz qüvvələrini sınayırlar. Fərdi və üçlük proqramı üzrə uşaqlar (7-8 yaş), balacalar (9-11 yaş), yeniyetmələr (12-14 yaş), gənclər (15-17 yaş) və böyüklər (18 yaş və daha böyük) kateqoriyasında yer almış gimnastlar çıxış edirlər.

Bədii gimnastika üzrə 23-cü Azərbaycan çempionatı və Bakı birinciliyinə start verildi (FOTO)

Bədii gimnastika üzrə 23-cü Azərbaycan çempionatı və Bakı birinciliyinə start verildi (FOTO)

Ümumilikdə 141 gimnast Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Gömrükçü”, “Sərhədçi”, “Spartak” klubları, DİN-in İdman Cəmiyyəti, Respublika Kompleks İdman Məktəbi və Şağan Olimpiya İdman Kompleksini təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti