...

Bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyində mükafatlandırma mərasimi (FOTO)

İdman Materials 2 Dekabr 2016 14:44 (UTC +04:00)
Bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyində mükafatlandırma mərasimi keçirilib.
Bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyində mükafatlandırma mərasimi (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyində mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, 2008-ci il təvəllüdlü gimnastların yarışında birinci yeri çoxnövçülükdə 27,200 xal toplamış Nərminə Bayramova tutub. İkinci yerdə Məryəm Hüseynova (26,200 xal), üçüncü yerdə Ayan Əliyeva (23,950 xal) qərarlaşıb.

2007-ci il təvəllüdlü gimnastların yarışında qızıl medala Fatimə Məmmədzadə (34,050 xal), gümüş medala Mədinə Dəmirova (29,350 xal), bürünc medala isə Nuray Həsənzadə (27,800 xal) layiq görülüb.

2006-cı il yaş kateqoriyasında qələbəni Zəhra Paşayeva (34,050 xal) bayram edib. Fəxri kürsüdə ikinci pilləni Fidan Yusifzadə (32,850 xal), üçüncü pilləni Kamilla Əliyeva (32,450 xal) əldə edib.

Bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyi davam edir (FOTO)

Bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyi davam edir (FOTO)

Qeyd edək ki, bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə isə 2-ci Azərbaycan çempionatı və Bakı birinciliyi davam edir.

Milli Gimnastika Arenasında təşkil edilən yarışların ikinci günündə bədii gimnastlarla yanaşı, aerobika gimnastikasının nümayəndələri də öz qüvvələrini sınayırlar. Fərdi və üçlük proqramı üzrə uşaqlar (7-8 yaş), balacalar (9-11 yaş), yeniyetmələr (12-14 yaş), gənclər (15-17 yaş) və böyüklər (18 yaş və daha böyük) kateqoriyasında yer almış gimnastlar çıxış edirlər.

Ümumilikdə 141 gimnast Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Gömrükçü”, “Sərhədçi”, “Spartak” klubları, DİN-in İdman Cəmiyyəti, Respublika Kompleks İdman Məktəbi və Şağan Olimpiya İdman Kompleksini təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti