...

Könüllülər "Nə? Harada? Nə Zaman?" yarışında qalibiyyət mübarizəsinə qoşulub (FOTO)

İdman Materials 5 Dekabr 2016 12:46 (UTC +04:00)
Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi könüllülərlə iş komandası, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti könüllülərlə iş komandası və Azərbaycan İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə Zaman?” intellektual yarışı keçirilib.
Könüllülər "Nə? Harada? Nə Zaman?" yarışında qalibiyyət mübarizəsinə qoşulub  (FOTO)

Bakı. Trend:

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi könüllülərlə iş komandası, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti könüllülərlə iş komandası və Azərbaycan İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə Zaman?” intellektual yarışı keçirilib.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, yarışın keçirilməsində əsas məqsəd könüllüləri intellektual fəaliyyətə cəlb etmək, onların vaxtlarının maraqlı və səmərəli təşkil edilməsini təmin etmək, könüllülərin intellektual bacarıqlarının inkişafına kömək etmək idi.

Azərbaycan İntellektual Oyunlar Klubunun prezidenti və Parlaq Zəka intellekt şousunun rəhbəri Aydın Piriyevin aparıcılıq etdiyi yarışmada, Bakının 2017-ci ildə ev sahibliyi edəcəyi iki mötəbər idman tədbirinin könüllülərindən ibarət 15 komanda mübarizə aparırdı. Üç saat davam edən gərgin mübarizənin sonunda “La Familia” komandası yarışın qalibi adını qazandı. Yarışın ikinci yer mükafatçısı isə “Unity” komandası oldu. Yarışda Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin koorporativ direktoru və Könüllülərin səfiri Elçin Səfərov və Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İnsan Resursları departamentinin rəhbəri İranə Əhmədova qalib və mükafatçı komandalara xatirə hədiyyələri təqdim etdi.

Qeyd edək ki, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi könüllülərlə iş komandası, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti könüllülərlə iş komandası ilə birgə könüllülərin vahid komanda şəklində bütünləşməsinə nail olmaq üçün növbəti aylarda da oxşar tədbirlər keçirməyə davam edəcək.

“La Familia” komandasının üzvləri:
Hacı Məmmədzadə (kapitan)
Aytac Vəlixanova
Vüsət Məmmədov
Jalə Əliyeva
Nigar Vəliyeva
Zaur Yusubov

“Unity” komandasının üzvləri:
Məleykə Tağızadə (kapitan)
Əkbər Əkbərov
Anar Hacıyev
Səbinə İmanlı
Ağabəy Bayramov
İlham Əhmədov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti