...

Bakıda İslam Həmrəyliyi oyunlarına hazırlıq müzakirə ediləcək

İdman Materials 6 Dekabr 2016 16:27 (UTC +04:00)
Dekabrın 8-i IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Bakıda 50 ölkədən 71 iştirakçısının qatılacağı "Chef de Mission" Seminarı öz işinə başlayacaq.
Bakıda İslam Həmrəyliyi oyunlarına hazırlıq müzakirə ediləcək

Bakı. Trend:

Dekabrın 8-i IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Bakıda 50 ölkədən 71 iştirakçısının qatılacağı "Chef de Mission" Seminarı öz işinə başlayacaq.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iki gün davam edəcək seminarda İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar, baş katibin müavini Saeed Abdulghaffar Hussein və ümumilikdə 6 nəfər nümayəndə iştirak edəcək.

Tədbirin keçirilməsində əsas məqsəd İslam Həmrəyliyi oyunlarında iştirak edəcək ölkələrin oyunlara təhkim olunan missiya rəhbərlərinin iştirakı ilə hazırlıq prosesi ilə yaxından tanış olub, müzakirələr aparmaqdır.

Seminar çərçivəsində Əməliyyat komitəsinin hər bir şöbəsi Oyunlar zamanı Milli Olimpiya Komitələrinə təklif edilən xidmətlər haqqında məlumatlar təqdim edəcək və nəticədə Missiya rəhbərlərinin suallarına aydınlıq gətirəcəklər.

Seminarın ilk günü nəqliyyat, bilet satışı, təhlükəsizlik, açılış və bağlanış mərasimləri və digər mühüm mövzular müzakirə olunacaq.

Seminarın ikinci günü isə missiya rəhbərləri idman arenalarına baxış keçirəcəklər. Nümayəndə rəhbərləri Üzgüçülük Mərkəzi, Atıcılıq Mərkəzi, Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Atletlər Kəndində olacaqlar. İdman arenalarına baxış tədbirin önəmli hissəsidir və hər bir arenada o arenada keçiriləcək idman yarışları üzrə menecerlər cəlb olunub. Hər bir iştirakçı ölkənin missiya rəhbəri özləri ilə gətirəcəkləri idmançıların hansı şəraitdə yarışacaqlarını və digər suallarına cavab ala biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti