...

Çempionlar Liqasında VI turun oyunları keçirilib - NƏTİCƏLƏR

İdman Materials 7 Dekabr 2016 05:21 (UTC +04:00)
UEFA Çempionlar Liqasında qrup mərhələsinin VI turunun oyunları keçirilib.
Çempionlar Liqasında VI turun oyunları keçirilib - NƏTİCƏLƏR

Bakı. Trend:

UEFA Çempionlar Liqasında qrup mərhələsinin VI turunun oyunları keçirilib.

Trend-in məlumatına görə, A, B, C və D qruplarında oyunları baş tutub.

Beləliklə, nəticələri diqqətinizə çatdırırıq:

A qrupu
“Bazel” (İsveçrə) – “Arsenal” (İngiltərə) - 1:4
Qollar: Dumbia, 78 - Perez, 8, 16, 47, İvobi, 54

PSJ (Fransa) – “Ludoqorets” (Bolqarıstan) - 2:2
Qollar: Kavani, 61, Di Mariya, 90+2 - Mijican, 15, Vanderson, 69

B qrupu
“Benfika” (Portuqaliya) – “Napoli” (İtaliya) - 1:2
Qollar: Ximenez, 87 - Kaleyxon, 60, Mertens, 79

“Dinamo” (Kiyev, Ukrayna) – “Beşiktaş” (Türkiyə) - 6:0
Qırmızı vərəqələr: Bek, 29, Abubakar, 56 ("Beşiktaş")
Qollar: Besedin, 9, Yarmolenko, 31 (pen.), Buyalski, 33, Qonzales, 45+3, Sidorçuk, 60, Moraeş, 77

C qrupu
“Barselona” (İspaniya) – “Borussiya” (Mönhenqladbax, Almaniya) - 4:0
Qollar: Messi, 16, Arda, 50, 53, 67

“Mançester Siti” (İngiltərə) – “Seltik” (Şotlandiya) - 1:1
Qollar: İhenaço, 8 - Roberts, 4

D qrupu
“Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya) - 1:0
Qol: Levandovski, 28

PSV (Hollandiya) – “Rostov” (Rusiya) - 0:0

Qeyd edək ki, pley-off mərhələsinə Arsenal, PSJ, Napoli, Benfika, Barselona, Mançester Siti, Atletiko Madrid və Bavariya vəsiqə qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti