...

İslam Həmrəyliyi Oyunlarının könüllülük proqramına qeydiyyat bitir

İdman Materials 7 Dekabr 2016 17:01 (UTC +04:00)
Bakı 2017 Könüllülük Proqramına qeydiyyat sona çatmaq üzrədir.
İslam Həmrəyliyi Oyunlarının könüllülük proqramına qeydiyyat bitir

Bakı. Trend:

12-22 may tarixləri arasında Bakı şəhərində keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində startı verilmiş Bakı 2017 Könüllülük Proqramı üçün qeydiyyat mərhələsi 11 dekabr 2016-cı il tarixində başa çatacaq.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hal-hazırda bu proqram üçün qeydiyyatdan keçmiş namizədlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəaliyyət göstərən Könüllülər Mərkəzində müsahibə mərhələsinə dəvət olunurlar. Bu günə qədər qeydiyyatdan keçmiş 11000 nəfər könüllünün, 3000 nəfəri artıq müsahibədə iştirak etmişdir. Fevral ayınadək davam edən müsahibə mərhələsinin sonunda 8000 könüllü mötəbər idman tədbirinin bir hissəsi olmaq fürsətini qazanaraq Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına cəlb ediləcək.

Qeyd edək ki, bu proqrama qatılan bütün könüllülər Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının əlamətdar bir idman bayramına çevrilməsinə töhfə verməklə bərabər, təcrübə əldə edəcək, beynəlxalq arenada Azərbaycanı təmsil etmək imkanı qazanacaqlar.

Odur ki, qeydiyyat mərhələsinin bitməsinə sayılı günlər qaldığını nəzərə alaraq, gənclərərə fürsəti əldən verməyib, Bakı 2017 Könüllülük Proqramına qoşulması məsləhət görülür .
Könüllülük Proqramı ilə bağlı son yenilikləri Bakı 2017 Könüllülərinin "Facebook" səhifəsindən izləyə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti