...

"Qarabağ" bu dəfə də bacarmadı (VİDEO)

İdman Materials 8 Dekabr 2016 21:54 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu turun oyunları keçirilir
"Qarabağ" bu dəfə də bacarmadı (VİDEO)

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu turun oyunları keçirilir.

Trend-in məlumatına görə, J qrupunda "Qarabağ" Bakıda "Fiorentina"nı qəbul edib.

60-cı dəqiqədə Matias Veçino qonaqları sevindirib. 73-cü dəqiqədə rəqib qapıçı ilə təkbətək qalan Reynaldo fürsəti əldən verməyib. Lakin 3 dəqiqə sonra Federiko Kyezo Ağdam təmsilçisinin müdafiəçilərinin səhvini bağışlamayıb - 1:2.

84-cü dəqiqədə F.Kyezo qırmızı vərəqə alaraq italyanları azlıqda qoysa da, "Qarabağ" oyunun taleyini öz xeyrinə dəyişə bilməyib.

Beləliklə, "Qarabağ" növbəti mərhələnin bir addımlığında büdrəyib. Bu qrupdan 1/16 finala "Fiorentina" və PAOK vəsiqə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti