Bakı. Trend:
Azərbaycan Kubokunun oyunlarından öncə 1 dəqiqəlik sükut elan olunacaq.
Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, müstəqil Azərbaycan futbolunun beynəlxalq dərəcəli ilk hakimlərindən olmuş Xalid Ağayev bir neçə gün öncə dünyasını dəyişib.
Bununla əlaqədar olaraq, Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk görüşlərindən öncə 1 dəqiqəlik sükut elan olunacaq.