...

Bakı 2017 Könüllülük Proqramına qeydiyyat artıq başa çatdı

İdman Materials 15 Dekabr 2016 13:48 (UTC +04:00)
Bakı 2017 Könüllülük Proqramına qeydiyyat artıq başa çatıb.
Bakı 2017 Könüllülük Proqramına qeydiyyat artıq başa çatdı

Bakı. Trend:

Azərbaycanda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində fəaliyyət göstərən Bakı 2017 Könüllülük Proqramına qeydiyyat artıq başa çatıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı 2017 Könüllülük Proqramına qeydiyyatın start verildiyi tarixdən iki aydan az bir müddətin keçməsinə baxmayaraq, 12 500 namizəd İslam Həmrəliyi Oyunlarında könüllü olaraq fəaliyyət göstərmək üçün bu proqrama müraciət edib. Könüllü olmaq üçün yeganə kriteriya namizədlərin yaşının 1 may 2017-ci il tarixinədək 16 olması idi.

Könüllü olmaq istəyən gənclərlə müsahibələr zamanı onlara verilən suallar əsasən keçmiş könüllülük təcrübələri, maraq dairələri, dil bilikləri, gələcəklə bağlı planları, Oyunlardan gözləntiləri, komandada işləmək bacarığı və digər istiqamətlərdə olub.

Müsabiqədən keçən könüllülər üçün təlimlər fevral ayından etibarən başlayacaq və aprelin sonu – mayın əvvəlinə kimi davam edəcək. Təlimlər əsasən 3 fərqli sahələrdə olacaq: Ümumi Təlim (Oyunlar və müştəri xidmətləri barədə məlumatlar), Rol təlimi (vəzifə barədə təlim) və Məkan təlimi (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim) olacaq. Hazırkı plana əsasən Rol təlimi və Məkan təlimi bir yerdə həyata keçiriləcək. Hər təlim üçün təxminən 1-2 saat vaxt sərf olunacaq.

Qeyd edək ki, hazırda qeydiyyatdan keçmiş namizədlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəaliyyət göstərən Könüllülər Mərkəzinə dəvət olunaraq müsahibələrdə iştirak edirlər. Müsahibə mərhələsinin sonunda yalnız 8000 könüllü mötəbər idman tədbirinin bir hissəsi olmaq fürsətini qazanaraq Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına cəlb ediləcək. Seçim mərhələsini uğurla keçmiş könüllülər bir sıra təlimlərdən faydalanaraq nəzəri biliklər qazanacaq və Oyunlar zamanı həmin bilikləri praktiki işdə tətbiq etmə imkanı əldə edərək uğurlu gələcək üçün dəyərli təcrübə sahibi olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti