...

"Qarabağ"ın məşqçisi cəzalandırıldı

İdman Materials 22 Dekabr 2016 13:44 (UTC +04:00)
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
"Qarabağ"ın məşqçisi cəzalandırıldı

Bakı. Trend:

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, komitənin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.

Premyer Liqanın XIV turunun “Qəbələ” – “Kəpəz” matçının 82-ci dəqiqəsində “Kəpəz” klubunun 36 №-li futbolçusu Renan da Silva ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Qarabağ” – “İnter” matçının 85-ci dəqiqəsində “Qarabağ” klubunu məşqçisi Ruben Selles texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Zirə” – “Neftçi” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 64-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan AZAL – “Qəbələ” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Kəpəz” – “İnter” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti