...

Çexiyalı futbolçu "Neftçi"də

İdman Materials 30 Dekabr 2016 11:26 (UTC +04:00)
“Neftçi” PFK heyətini daha bir futbolçu ilə gücləndirib.
Çexiyalı futbolçu "Neftçi"də

Bakı. Trend:

“Neftçi” PFK heyətini daha bir futbolçu ilə gücləndirib.

Trend-in məlumatına görə, çexiyalı yarımmüdafiəçi Zdenek Folprext icarə əsasında mövsümün sonunadək Bakı klubunun formasını geyinəcək.

Sonuncu klubu Çexiya “Slovan”ı (Liberets) olmuş 25 yaşlı futbolçu indiyədək “Sparta” (Praqa), “Viktoriya” (Jijkov), “Zbroyovka” (Brno) klublarında çıxış edib.

Çexiya U-19 və U-21 yığma komandasının sabiq üzvü “Neftçi”nin düşərgəsinə Türkiyədəki təlim-məşq toplanışı zamanı qoşulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti