...

Ukraynalı müdafiəçi "Neftçi"də

İdman Materials 6 Yanvar 2017 12:20 (UTC +04:00)
“Neftçi” heyətini daha bir futbolçu ilə gücləndirib.
Ukraynalı müdafiəçi "Neftçi"də

Bakı. Trend:

Antalya hazırlığını davam etdirən “Neftçi” heyətini daha bir futbolçu ilə gücləndirib.

Trend-in məlumatına görə, Bakı klubu ukraynalı müdafiəçi Kirilo Petrovla ilyarım müddətinə müqavilə bağlayıb.

Kiyev “Dinamo”sunun yetirməsi olan müdafiəçi “Krivbas” və “Arsenal” klublarının formasını da geyinib. Polşada (“Korona” klubu) legioner həyatı yaşamış K.Petrov Qazaxıstanın “Ordabaşı” klubunda da çıxış edib. Futbolçu buna qədər “Olimpik” (Ukrayna) klubunun şərəfini qoruyub.

Ukrayna U-19 və U-21 yığma komandalarının heyətində oynamış K.Petrov “Neftçi”də 28 nömrəli formanı geyinəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti