...

Azərbaycan çempionatının ilk günündə sərbəst güləşçilər yarışır

İdman Materials 11 Yanvar 2017 13:30 (UTC +04:00)
Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı start götürüb.
Azərbaycan çempionatının ilk günündə sərbəst güləşçilər yarışır

Bakı. Trend:

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı start götürüb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ilk yarış günündə 57, 61, 65, 70, 74 kq çəki dərəcələrində sərbəst güləş üzrə 163 pəhləvan öz aralarında ən güclüləri müəyyənləşdirəcək.

Açılış mərasimi saat 17:00-da, ardınca günün final görüşləri başlayacaq.

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti